Şahruddin Məhəmmədəliyev dörd aydan sonra yaşıl meydanlara qayıdır

04.12.2024

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev dörd aydan sonra yaşıl meydanlara qayıdır.

"Report" xəbər verir ki, 30 yaşlı qolkiper Ağdam təmsilçisinin "Qəbələ"yə qarşı keçirəcəyi Azərbaycan Kubokunun 1/8 final mərhələsinin matçında start heyətində yer alıb.

Qarşılaşma saat 16:00-da start götürəcək.

Qeyd edək ki, oyunçu cari ilin avqustunda məşqdə zədələndikdən sonra əməliyyat olunmuşdu. Ş.Məhəmmədəliyev sonuncu dəfə avqustun 2-də, Misli Premyer Liqasının I turunda "Araz-Naxçıvan"a 4:1 hesabı ilə qalib gəldikləri görüşdə meydanda olub.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью