Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev karyerasını ölkə xaricində davam etdirə bilər.
Oxu.Az Sportal.az-a istinadən xəbər verir ki, 30 yaşlı qolkiperə Rusiya Premyer Liqasından iki klub maraq göstərir.
Hər iki klub Şahruddini heyətində görmək üçün mübarizəyə başlayıb. Məhəmmədəliyevin hansı qərarı verəcəyi isə hələlik bəlli deyil.
Şahruddinin "Qarabağ"la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində "Şahdağ-Qusar", "Sumqayıt", "Adana Demirspor" klublarında çıxış edib.