Şahruddin Məhəmmədəliyev yenidən yaşıl meydanlara qayıdır

05.12.2024

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev dörd aydan sonra yaşıl meydanlara qayıdır.

 News24.az sfera.az-a istinadla xəbər verir ki, 30 yaşlı qolkiper Ağdam təmsilçisinin "Qəbələ"yə qarşı keçirəcəyi Azərbaycan Kubokunun 1/8 final mərhələsinin matçında start heyətində yer alıb.
Qarşılaşma saat 16:00-da start götürəcək.

 Qeyd edək ki, oyunçu cari ilin avqustunda məşqdə zədələndikdən sonra əməliyyat olunmuşdu. Ş.Məhəmmədəliyev sonuncu dəfə avqustun 2-də, Misli Premyer Liqasının I turunda "Araz-Naxçıvan"a 4:1 hesabı ilə qalib gəldikləri görüşdə meydanda olub

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью