Şahruddindən millini ifşa edən qalmaqallı açıqlama...

18.11.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Azərbaycan yığmasının və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev qalmaqallı açıqlama verib.

Axar.az xəbər verir ki, azersiport.com saytına danışan təcrübəli qapıçı Millətlər Liqasındakı qaydaları bilmədiklərini etiraf edib.

O bildirib ki, Lixtenşteynlə son turun matçında ən azı 2 top vurmalı olduqlarını və Avropa çempionatının pley-off mərhələsi üçün ümumilikdə D divizionunda birinci yeri tutmaqlarından xəbərləri olmayıb:

"Əvvəlcədən bu qaydadan xəbərimiz yox idi. Deyəsən, əvvəllər belə qayda mövcud deyildi, sonradan əlavə edildi. Müxtəlif versiyalar var idi. Eşitmişdim ki, xallar bərabər olacağı təqdirdə reytinqdə daha yuxarıda olan komanda növbəti mərhələyə yüksələcək. Bu göstəricidə isə biz Maltadan öndəyik".

"Bəs çoxlu qol vurmaq lazım olduğunu bilsəydiniz, fərqli oynayardınız?" sualına Məhəmmədəliyev belə cavab verib:

"İkinci hissədə fərqli oynayardıq. Amma biz sadəcə qalib gəlmək və qrupu birinci pillədə başa vurmaq barədə düşünürdük".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью