Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Qarabağ” futbol komandasının qapıçısı Şahrudin Məhəmmədəliyev Ağdam təmsilçisinin heyətində 100-cü Premyer Liqa matçını keçirib.
İdman.Biz Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qolkiperin yubileyi Misli Premyer Liqasının 11-ci turunda “Turan Tovuz”la keçirilən ev oyununa təsadüf edib.
2016/17 mövsümündə “Qarabağ”ın heyətində Azərbaycan çempionatında debüt edən Məhəmmədəliyev 11 mövsüm ərzində keçirdiyi 100 qarşılaşmada 54 qol buraxıb.
Şahrudin bununla da Azərbaycan çempionatları tarixində eyni komandanın heyətində 100 və daha çox oyun keçirən 218-ci futbolçu olub.
Qeyd edək ki, “Qarabağ” yubiley qarşılaşmasında “Turan Tovuz”a 0:1 hesabı ilə məğlub olub.