Şahrudin Məhəmmədəliyev uzun müddət sonra yenidən yaşıl meydanlara qayıdır

23.11.2024

Sitat.info portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XIV turunun "Səbail" - "Qarabağ" oyununun heyətləri açıqlanıb.

Sitat.info xəbər verir ki, uzun fasilədən sonra Şahrudin Məhəmmədəliyevin adı matçın protokoluna daxil edilib.

Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı zədə səbəbindən heyətdən uzaq düşmüşdü. Onun adı Premyer Liqada sonuncu dəfə I turda protokola qeyd olunub.

O, avqustun 2-də "Araz-Naxçıvan"la görüşdə (4:1) 90 dəqiqə meydanda olub. Sonradan zədələnən qolkiper 113 gündən sonra protokola daxil edilib. Komandasının 1 nömrəli futbolçusu bu dəfə ehtiyat oyunçular skamyasında yer alıb.

Qeyd edək ki, "Səbail" - "Qarabağ" görüşü saat 17:00-da başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью