Şahrudin yenidən yaşıl meydanlara qayıdır

23.11.2024

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycan Premyer Liqasının XIV turunun "Səbail" - "Qarabağ" oyununun heyətləri açıqlanıb.

"Cebheinfo.az" xəbər verir ki, uzun fasilədən sonra Şahrudin Məhəmmədəliyevin adı matçın protokoluna daxil edilib.

Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı zədə səbəbindən heyətdən uzaq düşmüşdü. Onun adı Premyer Liqada sonuncu dəfə I turda protokola qeyd olunub.

O, avqustun 2-də "Araz-Naxçıvan"la görüşdə (4:1) 90 dəqiqə meydanda olub. Sonradan zədələnən qolkiper 113 gündən sonra protokola daxil edilib. Komandasının 1 nömrəli futbolçusu bu dəfə ehtiyat oyunçular skamyasında yer alıb.

Qeyd edək ki, "Səbail" - "Qarabağ" görüşü saat 17:00-da başlayacaq.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью