Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Naxçıvan, 19 may, AZƏRTAC
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən layihəyə uyğun olaraq Kəngərli rayonunun Şahtaxtı gömrüyünə uzanan 5,1 kilometr uzunluğundakı avtomobil yolunda son tamamlanma işləri aparılır.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yolun tam şəkildə istifadəyə verilməsi nəqliyyatın daha rahat axınını və sürücülər üçün daha təhlükəsiz hərəkəti təmin edəcək.
Qeyd edək ki, avtomobil yoluna ikiqat yeni asfalt örtüyü döşənib.