“Sahtekarlar”da yeni aktrisa FOTO

03.11.2025

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Türkiyənin “Now” telekanalının iddialı seriallarından olan “Sahtekarlar”ın heyətinə daha bir məşhur qatılıb.

“Cebheinfo.az” xəbər verir ki, Nilüfer Açıkalın da ekran işində rol alacaq. 

O, layihədə “Fəridə” obrazına həyat verəcək. Sözügedən obraz “Hidayət”in baxıcısı olacaq.

Qeyd edək ki, 58 yaşlı aktrisa karyerası ərzində “Kötü Yol”, “Gülcemal”, “Sakla Beni”, “Yeşilçam”, “Zeytin Ağacı” kimi çox sayda serialda çəkilib.

Aslan
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью