Şahzadə Corc Eton Kollecində təhsilə başlayıb

08.09.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

London, 8 sentyabr, AZƏRTAC

Böyük Britaniya taxtının varislərindən olan Şahzadə Corc Eton Kollecində ilk dərs gününə başlayıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, 13 yaşlı Şahzadəni məktəbə valideynləri Uels Şahzadəsi Uilyam və Şahzadə Ketrin müşayiət ediblər. Yağışlı hava şəraitində məktəbə gələn ailəni Eton Kollecinin rəhbəri Saymon Henderson qarşılayıb.

Şahzadə Corc kollecdə internat şagirdi kimi təhsil alacaq. Bununla da o, vaxtilə həmin məktəbdə oxumuş atası şahzadə Uilyamın yolunu davam etdirəcək. Böyük Britaniyanın ən nüfuzlu özəl təhsil müəssisələrindən biri hesab olunan Eton Kollecində indiyədək 20 britaniyalı baş nazir təhsil alıb. Məktəbdə illik təhsil haqqının təxminən 65 min funt sterlinq olduğu bildirilir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью