Şahzadə Diana boşanmasında Kamillanı günahlandırmırdı Bioqrafdan maraqlı açıqlama

31.01.2026

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Şahzadə Diana hazırkı Böyük Britaniya Kralı III Çarlzla evliliyinin pozulmasında Kamilla Parker-Boulzu əsas səbəbkar hesab etmirdi.

Oxu.Az xəbər verir ki, bu barədə "RadarOnline" bioqraf İnqrid Syuarda istinadən məlumat yayıb.

İnqrid Syuardın fikrincə, mərhum ledi Diana boşanmaya görə əsas məsuliyyətin ərinin ətrafında olan şəxslərin üzərinə düşdüyünə inanırdı.

Bioqrafın sözlərinə görə, faciəli ölümündən az əvvəl Diana açıq şəkildə bildirirdi ki, gələcək monarxa yaxın olan insanlar onların ayrılmasında həlledici rol oynayıblar. Bununla belə, Syuard etiraf edir ki, şahzadənin konkret olaraq nəyi nəzərdə tutduğunu tam şəkildə anlamaq çətindir. Versiyalardan birinə görə, Diana cütlüyün həyatının hər detalına Britaniya kral ailəsi tərəfindən tətbiq edilən sərt nəzarəti nəzərdə tuturdu.

"Bu vəziyyət evlilikdə hər hansı real yaxınlığı qeyri-mümkün edirdi. Diananın təsəvvüründə Kamilla bu hekayənin bir hissəsi idi, lakin əsas səbəb deyildi. O hesab edirdi ki, Çarlzın yaşadığı mühit - saray əyanları, məsləhətçilər və daimi protokol emosional bir divar yaratmışdı və Diana bu divarı heç vaxt aşa bilməyəcəyini düşünürdü", - deyə şahzadə Diananın keçmiş köməkçisi bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью