Şahzadə Diananın keçmiş sürücüsü 27 ildən sonra danışdı: Mən olsaydım...

14.11.2024

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

Şahzadə Diana 31 avqust 1997-ci ildə sevgilisi Dodi Fayed ilə birlikdə olduğu avtomobildə Parisdə yol qəzasında həlak olub.

Publika.az xəbər verir ki, Şahzadə Diananın 8 il sürücüsü olmuş və ölümlə nəticələnən qəzadan bir il əvvəl işdən çıxarılan Stiv Davies 27 ildən sonra danışıb.

O qeyd edib ki, əgər o gecə Parisdə həmin avtomobili sürsəydi, Şahzadə bu gün sağ olardı:

“BBC-nin o vaxtkı müxbiri Martin Beshirin haqqımda yalanlar yaymasından sonra işdən çıxdım. BBC mənim Diana ilə bağlı xəbərləri mətbuata sızdırdığımı iddia etmişdi. Sonradan iddiaların yalan olduğunu sübut etdim. Buna görə, BBC-dən təzminat aldım”.
Aysel Şahmar

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью