Icma.az bildirir, Azertag saytına əsaslanaraq. London, 20 oktyabr, AZƏRTAC Böyük Britaniya Şahzadəsi Endryu kral ailəsinin üzvü kimi polis i
İddiaya görə, Şahzadə özünün dövlət hesabına maliyyələşdirilən mühafizəçisindən V.
Cuffrinin doğum tarixi və sosial təminat nömrəsini əldə edərək onun barəsində məlumat toplamağı istəyib.
Mətbuata sızan elektron məktuba əsasən Endryu daha sonra mərhum Kraliça II Elizabetin o vaxtkı mətbuat katibi Ed Perkinsə bu barədə məlumat verib və mühafizə zabitlərindən birinə V.
Cuffrinin keçmişi ilə bağlı məlumat tapmağı tapşırdığını bildirib.Bundan əlavə, Şahzadə Endryu V.
Cuffrinin sosial təminat nömrəsini onun icazəsi olmadan paylaşdığına görə Amerika Birləşmiş Ştatlarında (ABŞ) da cinayət istintaqı ilə üzləşə bilər.
ABŞ-da məşhur pedofil Cefri Epşteyn işində zərərçəkmiş doqquz şəxsi təmsil etmiş vəkil Spencer Kuvin bildirib ki, bu əməl ciddi cinayət sayılır və 15 ilədək həbs cəzası ilə nəticələnə bilər.
“Bu cür məlumatların icazəsiz ötürülməsi və ya istifadəsi həm ABŞ sosial təminat qanununa, həm də məxfiliklə bağlı digər federal qanunlara ziddir.