Oxumeni.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Böyük Britaniyanın kralı Çarlz III-nün qardaşı Endryu öz əlaqələrindən istifadə edərək Ceffri Epşteynin şəxsi təyyarəsinin kral hava qüvvələrinin bazalarında eniş etməsinə icazə alıb.
Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ ədliyyə nazirliyi tərəfindən dərc olunmuş sənədlərə istinadən “Telegraph” qəzeti məlumat yayıb.
ABŞ baş prokurorunun müavini Todd Blanş 30 yanvarda Ceffri Epşteyn işi üzrə materialların dərcinin tamamlandığını elan edib. Son dərc olunan sənədlərlə birlikdə ümumi açıqlanan məlumatların həcmi 3,5 milyondan çox faylı, o cümlədən sənədləri, elektron məktubları, həmçinin foto və video materialları əhatə edir ki, bunlar mərhum maliyyəçinin cinsi istismar sahəsində törətdiyi cinayətlərin araşdırılması ilə bağlıdır.
“Məqalədə deyilir ki, Endryu Mauntbatten-Vindsor əlaqələrindən istifadə edərək Ceffri Epşteynin şəxsi təyyarəsinin kral hava qüvvələrinin bazalarında eniş etməsinə şərait yaradıb. ABŞ ədliyyə nazirliyi tərəfindən yaxınlarda dərc olunmuş elektron məktubda Epşteyn etiraf edir ki, keçmiş hersoq onun şəxsi təyyarəsinin Markhem aviabazasına enişini təşkil edib.”
Nəşr Epşteynin ictimaiyyətlə əlaqələr üzrə meneceri Tomas Malliqanın “Telegraph” müxbirindən aldığı məlumatı təqdim edir. Müxbir maliyyəçinin təyyarəsinin kral hava qüvvələrinin bazasında necə eniş icazəsi aldığını və bunun Böyük Britaniyanın hazırkı kralının qardaşı ilə əlaqəsinin olub-olmadığını soruşub. Malliqanın müxbirdən aldığı mesajı göndərdiyi şəxslərdən biri Mayk Sitrik həmin mesajı Epşteynə yönəldib. Epşteyn isə bu vəziyyəti həmkarı Gislen Maksvell ilə müzakirə edərkən bunun doğru olduğunu təsdiqləyib.
Endryu bir neçə ildir Epşteynlə əlaqələri səbəbindən qalmaqalın mərkəzindədir. 2025-ci ilin dekabr ayının əvvəlində kral Çarlz III qardaşından bütün titullarını alıb.
2019-cu ildə ABŞ-da Epşteyn azyaşlıların cinsi istismarı məqsədilə ticarət və bu cinayəti törətmək üçün sui-qəsd ittihamları ilə üzləşmişdi və ona 40 ildən çox həbs cəzası verilə bilərdi. 2019-cu ilin iyul ayının sonunda Epşteyn həbsxana kamerasında “yarı şüursuz vəziyyətdə” tapılıb və sonra vəfat edib. Araşdırmalar onun intihar etdiyini göstərib.
Almaz Həsənli