Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kraliça II Elizabetin nəvəsi şahzadə Evgeniya üçüncü dəfə ana olub.
Redaktor.az xəbər verir ki, bu barədə Böyük Britaniya kral ailəsinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, şahzadə Evgeniya və həyat yoldaşı Cek Bruksbenkin qızı avqustun 3-də Portuqaliyanın paytaxtı Lissabondakı xəstəxanada dünyaya gəlib. Körpə yerli vaxtla saat 18:20-də doğulub.
Rəsmi açıqlamada bildirilib ki, ana və körpənin vəziyyəti yaxşıdır. Kral III Çarlz, kraliça və kral ailəsinin digər üzvləri də xoş xəbəri məmnunluqla qarşılayıblar.
Qeyd edək ki, şahzadə Evgeniya və Cek Bruksbenk 2018-ci ildə ailə qurublar. Cütlüyün ilk övladı 2021-ci ildə, ikinci övladı isə 2023-cü ildə dünyaya gəlib.
Xədicə BAXIŞLI