Şahzadə Harri ABŞ vizasının müddəti bitdiyi üçün İngiltərəyə qayıdıb?

22.11.2026

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Şahzadə Harri və həyat yoldaşı Meqan Marklın avqust ayında övladları ilə birlikdə İngiltərəyə qəfil qayıtmasının səbəbi ilə bağlı yeni iddia ortaya çıxıb.

Sherg.az xəbər verir ki, “Page Six” nəşrinin məlumatına görə, Harrinin ABŞ vizasının müddəti başa çatıb və sənəd dərhal yenilənmədiyi üçün ailə İngiltərəyə getmək qərarı verib.

Mənbələrin iddiasına görə, viza məsələsi sonradan həll olunub. Cütlüyün Milad bayramını Meqan Marklın ailəsi ilə birlikdə Kaliforniyadakı malikanələrində keçirməyi planlaşdırdığı bildirilir.

Qeyd edək ki, Harri və Meqan 2020-ci ildə Britaniya kral ailəsindəki rəsmi vəzifələrindən imtina edərək ABŞ-a köçüblər. Onların İngiltərəyə qəfil qayıdışı ilə bağlı daha əvvəl müxtəlif ehtimallar səsləndirilmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью