Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gələn ilin yanvarında ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən sonra şahzadə Harri üçün xoşagəlməz hadisələr ola bilər.
"Unikal" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb.
Qeyd olunub ki, Harrinin və ailə üzvlərinin sənədlərinə baxıla bilər və onun deportasiya riskinin olması istisna edilmir.
Məsələ burasındadır ki, Amerika İrs Fondu şahzadə Harrinin ABŞ-də qalması ilə bağlı viza statusunu ictimailəşdirmək istəyir.
Keçən il Harri müxtəlif dərmanlardan istirahət məqsədilə istifadə etdiyini etiraf etdi.
ABŞ-yə giriş qaydalarına görə, bu məlumat immiqrasiya sənədlərində göstərilməlidir.
Səlahiyyətli dövlət qurumu Harrinin ABŞ-yə girişi ilə bağlı sənədlərində bunun olub-olmaması ilə bağlı məlumatı açıqlamayıb.