Şahzadə Harri anası haqqında film çəkə bilər

22.09.2026

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkə.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti yazır. 

Şahzadə Harri filmin nümayişinin anasının ölümünün 30-cu ildönümünə təsadüf etməsini istəyir. Anası 31 avqust 1997-ci ildə vəfat edib. Britaniya kral ailəsinin üzvü hesab edir ki, sənədli film anasının mirasını "ən mənalı şəkildə" yad edəcək.

Nəşrin məlumatına görə, Harri Diananın dostları və ailəsinə, o cümlədən qardaşı Erl Spenserə müraciət edərək sənədli filmdə iştirak etməyi düşünüb-düşünməyəcəklərini soruşub. Mənbə aydınlaşdırır ki, filmlə bağlı hələlik yekun qərar verilməyib. Şahzadə hazırda anasının xatirəsini yad etmək üçün bir neçə variantı nəzərdən keçirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью