Şahzadə Harri BOŞANIR

22.01.2025

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bukmeker şahzadə Harri və Meqan Marklın boşanması ilə bağlı mərcləri qəbul etməyə başlayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə “Bild” yazıb.
Nəşr yazır ki, cütlüyün tezliklə boşanacağına əmin olan Bukingem Sarayının əməkdaşları da bu mərcləri etməyə başlayıblar. 
Belə ki, “Vanity Fair”in materialına görə, Meqan artıq adı açıqlanmayan nəşriyyatla şahzadədən ayrılmağa həsr olunmuş kitab haqqında danışıqlar aparıb.
"Bu, yeni və çox maraqlı bir hadisədir. Bir neçə aydır ki, sarayda onların evliliyindəki problemlər barədə söz-söhbətlər gedir. Sarayda çoxları Harri və Meqanın boşanacağına inanır", - məlumatlı mənbə bildirib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью