Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Böyük Britaniyada Şahzadə Harrinin və digər tanınmış şəxslərin “Daily Mail” qəzetinin naşiri “Associated Newspapers Limited” (ANL) şirkətinə qarşı qaldırdığı iddia üzrə işə bu gün yenidən Ali Məhkəmədə baxılacaq.
XQ xəbər verir ki, Şahzadə Harri, musiqiçi Elton Con, Baronessa Dorin Lourens, Devid Förniş, Elizabet Hörli, Seydi Frost və digər iddiaçılar ANL-i səsli poçtların qanunsuz dinlənilməsi, stasionar telefonların izlənilməsi və aldadıcı üsullarla şəxsi məlumatların əldə olunması kimi qanunsuz məlumattoplama fəaliyyətində ittiham ediblər.
ANL isə bütün ittihamları qəti şəkildə rədd edib.
İş üzrə məhkəmə prosesi bu ilin əvvəlində Londonda 11 həftə davam edib. İyulun 7-də hakim Niklin 436 səhifəlik qərarla iddiaçıların bütün tələblərini rədd edib.
İş üzrə növbəti ikigünlük dinləmədə məhkəmə qərarından irəli gələn hüquqi məsələlər, o cümlədən məhkəmə xərcləri və iddiaçılardan hər hansı birinin qərardan apellyasiya şikayəti vermək niyyətində olub-olmaması müzakirə ediləcək.
ANL-dən bildirilib ki, bu iş üzrə hüquqi xərcləri artıq 50 milyon funt sterlinqdən çoxdur.