Şahzadə Harri Kral III Çarlzla gizli görüş keçirib

29.11.2026

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Böyük Britaniya şahzadəsi Harri ABŞ-dən ölkəsinə qayıtdıqdan sonra atası, kral III Çarlzla gizli görüş keçirib. Bu, onun ailəsi ilə münasibətlərində son illərin ilk şəxsi təmaslarından biri olub.

Qaynarinfo xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Məlumata görə, oktyabr ayında III Çarlz kiçik oğlunu Şotlandiyadakı Balmoral malikanəsinə dəvət edib. Görüş zamanı Harri atası ilə təkbətək söhbət edib. Həmin görüşdə həyat yoldaşı Meqan Markl, uşaqları və kraliça Kamilla iştirak etməyib.

Nəşrin mənbəsi ata və oğul arasındakı münasibətlər barədə danışarkən tərəflərin əlaqələri yaxşı saxlamaq istədiyini bildirib.

Qeyd edək ki, avqustun 20-də Harri və Meqan Markl altı illik ABŞ həyatından sonra uşaqları ilə birlikdə Böyük Britaniyaya qayıdıblar. Ailə Kaliforniyadan Birmingem hava limanına özəl təyyarə ilə gəlib. Cütlüyün övladları sentyabr ayından etibarən Britaniyada məktəbə gedirlər.

Noyabr ayında şahzadə Harri ailəsinin Böyük Britaniyaya köçdükdən sonra ilk Milad bayramını necə keçirəcəyindən də danışıb. O, “This Morning” kulinariya proqramında bayram yeməyini özünün hazırlamayacağını, bu işin böyük ehtimalla Meqan Markl və onun anası Doria Reqlend tərəfindən görüləcəyini bildirib.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью