Şahzadə Harri Londona ailəsi olmadan səfər edəcək

04.07.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

London, 4 iyul, AZƏRTAC

Böyük Britaniya şahzadəsi Harri gələn həftə Londona edəcəyi səfərdə həyat yoldaşı Meqan, oğlu Arçi və qızı Lilibetin müşayiəti olmadan iştirak edəcək.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, əvvəlcə ailənin birlikdə Londona gəlməsi planlaşdırılsa da, səfər zamanı onlara dövlət hesabına polis mühafizəsinin ayrılmayacağı təsdiqləndikdən sonra bu plan dəyişdirilib. Bununla belə, səfərin London mərhələsindən sonra İngiltərənin Mərkəzi bölgəsinə (Midlands) keçəcəyi vaxt Meqan və uşaqlarının Şahzadə Harrinin yanına qoşulması ehtimalı qalır.

Şahzadə Harri Böyük Britaniyaya ABŞ-nin Kaliforniya ştatına köçdükdən sonra da fəaliyyətini davam etdirdiyi bir sıra xeyriyyə təşkilatlarını dəstəkləmək məqsədilə səfər edir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью