Şahzadə Harri: Orduya qayıda bilərəm

20.11.2026

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Böyük Britaniya Kralı III Çarlzın oğlu Şahzadə Harri ehtiyac yaranacağı təqdirdə yenidən orduya qoşula biləcəyini bildirib.

Sherg.az xəbər verir ki, Harri “The Telegraph”a açıqlamasında Ukraynadan öyrəniləcək çox şey olduğunu deyib.

O, yenidən hərbi xidmətə çağırılacağı təqdirdə ölkəsinə xidmət etməyə tam hazır olduğunu bildirib.

Şahzadə Harri həmçinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı dezinformasiyanın sosial şəbəkələrdə yayılmasından narahatlığını ifadə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью