Şahzadə Harri Rusiyaya qarşı döyüşməyə hazırdır

19.11.2026

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Britaniya şahzadəsi Harri Rusiyaya qarşı müharibə aparmaq üçün yenidən orduya qoşulmağa hazır olduğunu bildirib.

“Yeni Sabah” xəbər verir ki, Ukraynanın Lvov şəhərinə səfər edən şahzadə Rusiya ilə müharibə və hərbi xidmətə qayıtmaq ehtimalı barədə danışıb.

Harri bildirib ki, ölkəsi ona ehtiyac duyarsa, yenidən hərbi xidmətə qayıtmaqdan çəkinməyəcək: Məişət texnikası

“Yenidən xidmətə çağırılsam və belə bir ehtiyac yaransa, veteran və hazırda xidmətdə olan silahdaşlarımın yanında ölkəmə xidmət etmək üçün 100% hazıram”.

Əfqanıstanda 2 dəfə hərbi əməliyyatlarda iştirak edən şahzadə 2015-ci ildə hərbi karyerasını başa vurub.

O, Rusiyanın Ukraynada xəstəxanaları, tibb mərkəzlərini və humanitar yardım məntəqələrini hədəf almasını tənqid edib. Harri beynəlxalq ictimaiyyəti Ukraynaya dəstəyi davam etdirməyə çağırıb.

Aydan Hacı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью