Şahzadə Harrini ABŞ də nə gözləyir: həbs, ya deportasiya?

17.03.2025

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-də viza üçün müraciət edərkən narkotik istifadəsi ilə bağlı məlumatları gizlədən Böyük Britaniya şahzadəsi Harrinin məhkəmə işinə yenidən baxılıb.

Ölkə.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Nəşr yazır: “Məhkəmə qərar verib ki, Sasseks hersoqunun ABŞ vizası üçün müraciəti ilə bağlı sənədlər çərşənbə axşamınadək (18 mart - red.) qədər ictimaiyyətə açıqlanmalıdır”.

Bir sıra Amerika KİV-lərinin məlumatına görə, şahzadə Harrinin işinin materialları dərc edildikdən sonra onun Amerikadan deportasiya olunma və hətta həbs cəzası alma ehtimalı yüksəkdir. O da qeyd edilir ki, sənədlərin yalnız redaktə edilmiş variantı ictimaiyyətə nümayiş etdiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью