Şahzadə kibercinayətkarların hədəfində: Elə video hazırladılar ki...

19.08.2025

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Niderland taxtının varisi, şahzadə Katarina-Amaliya süni intellekt vasitəsilə hazırlanmış saxta videoların hədəfinə çevrilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Norveçin "Seher Og Hor" saytı məlumat yayıb.

Məlumata görə, kibercinayətkarlar yaşlı aktrisanın üzünü şahzadənin siması ilə əvəz edərək saxta intim məzmunlu kadrlar hazırlayıb və onları internetdə yayıblar.

Niderland hakimiyyəti həmin videoların yerləşdirildiyi saytların bağlanması üçün ABŞ Federal Təhqiqatlar Bürosuna müraciət edib. Nəticədə, "MrDeepFakes" də daxil olmaqla bir sıra resurslar bloklanıb.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью