Şahzadə kralla görüşmək üçün tələblər irəli sürdü

31.08.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Şahzadə Harri atası Kral III Çarlzla görüşməyə və barışmağa hazırdır. Lakin belə bir görüş baş tutmazdan əvvəl Harri kral ailəsini təəccübləndirən bir sıra tələblərinin yerinə yetirilməsini istəyir.

Oxu.Az xəbər verir ki, bu barədə "Radar Online" kral atası və oğlu arasındakı gərgin münasibətdən xəbərdar olan mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, şahzadə Harrinin Kral Çarlz qarşısında tələbləri üç əsas məsələni əhatə edir:

- Hərtərəfli təhlükəsizlik tədbirləri,

- Mətbuata ciddi nəzarət,

- Kral ailəsinin həyat yoldaşı Meqan Markla münasibəti.

Belə ki, şahzadə Harri həyat yoldaşı Meqan Markla "əlahəzrət" deyə müraciət edilməsini istəyir. Bu o deməkdir ki, ailə üzvləri ona rəsmi hörmətini əyilməklə göstərməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью