Şahzadə Rusiya sərhədi yaxınlığında hərbi təlimdə iştirak edib | Icma.az
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Britaniya taxtının varisi Şahzadə Uilyam NATO-nun Estoniyadakı hərbi bazasında, Rusiya ilə sərhəddə görüntülənib.
"Unikal" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Uilyam martın 21-də səhər saatlarında NATO-nun Estoniyadakı ən böyük bazası olan Tapaya gəlib.
O, Rusiya sərhədindən avtomobillə cəmi bir neçə saatlıq məsafədə yerləşir. Şahzadə "Kabrit" adlı təlimdə iştirak edib.
42 yaşlı Uels şahzadəsi kamuflyaj və beretdə kameralar qarşısına keçib.
Qoruyucu dəbilqə və eynək taxaraq, "Warrior" piyada döyüş maşınına keçməzdən əvvəl ilk olaraq "British Challenger 2" tankını sınaqdan keçirib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu