Şahzadə Uilyam hindistanəsilli olduğu ortaya çıxdı

19.11.2026

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şahzadə Uilyamın hindistanlı kökləri DNT testi ilə üzə çıxdı.

BAKU.WS xəbər verir ki, Böyük Britaniya taxtının varisi Şahzadə Uilyamın ana tərəfdən Hindistanla bağlı nəsil əlaqəsi olduğu müəyyən edilib.

"India Today" nəşrinin məlumatına görə, 2013-cü ildə iki uzaq qohum üzərində aparılan DNT testləri Şahzadə Uilyamın anası, mərhum Şahzadə Diananın nəslinin XVIII əsrin sonlarında Hindistanda doğulmuş Eliza Keuark adlı qadına qədər uzandığını üzə çıxarıb. Bu qohumluq əlaqəsi Uilyamın qardaşı Şahzadə Harriyə də aiddir.

Məlumata görə, Eliza Keuark Britaniya Ost-Hind şirkətinin əməkdaşı Teodor Forbes ilə birlikdə yaşayıb. Onların qızı Ketrin sonradan Şotlandiyaya göndərilib, Eliza isə Hindistanda qalıb. Forbesin 1820-ci ildə ölümündən sonra Eliza maddi çətinliklərlə üzləşib və yaxınlarından kömək istəyib.

Materialda Britaniya kral ailəsinin digər tarixi köklərinə də diqqət çəkilib. Belə ki, Vindzor sülaləsinin indiki adı 1917-ci ildə qəbul edilib. Bundan əvvəl kral ailəsi Almaniya mənşəli Saksen-Koburq-Qota sülaləsinin nümayəndələri kimi tanınıb. Birinci Dünya müharibəsi dövründə Almaniyaya qarşı münasibətin pisləşməsi fonunda Kral V Georq sülalənin adını Vindzor olaraq dəyişib.

Həmçinin Kral III Georqun həyat yoldaşı Şarlottanın Afrika mənşəli olması ilə bağlı tarixi iddialar da xatırladılıb. Lakin bu məsələ tarixçilər arasında mübahisəli olaraq qalır və iddianı təsdiqləyən qəti sübutların olmadığı bildirilir.

Məqalədə daha bir maraqlı tarixi iddia İngiltərə Kralı Conla bağlıdır. Orta əsr tarixçisi Metyu Parisin qeydlərinə əsasən, kralın 1212-ci ildə Mərakeşdəki Muvahhid xəlifəsindən yardım almaq məqsədilə İslamı qəbul etməyi təklif etdiyi irəli sürülür. Lakin bu hadisənin həqiqiliyi tarixçilər tərəfindən mübahisəli hesab olunur. Kralın həqiqətən dinini dəyişdiyini təsdiqləyən sübut yoxdur.

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью