Şahzadə Uilyam kral protokolunu pozaraq ÇL matçına getdi

14.11.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şahzadə Uilyam kral protokolunu pozaraq ÇL matçına getdi

Uels şahzadəsi Uilyam oğlu Corcla birlikdə Çempionlar Liqasının oyununu izləyib.

QOL.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.

Uilyam azarkeşi olduğu “Aston Villa”nın “Barselona” ilə qarşılaşmasını izləmək üçün oğlu ilə birlikdə İspaniyaya yollanıb. Maraqlıdır ki, bu səfər kral protokolunun pozulması ilə yadda qalıb.

Belə ki, kral ailəsinin qaydalarına əsasən, taxt-tacın iki birbaşa varisinin eyni təyyarədə uçmasına icazə verilmir. Bu məhdudiyyət mümkün aviaqəza zamanı hər iki varisin həyatını itirməsi riskinin qarşısını almaq məqsədi daşıyır.

Qeyd edək ki, noyabrın 3-də keçirilən görüşdə “Barselona” “Aston Villa”nı 3:0 hesabı ilə məğlub edib. Lamin Yamal və Rafinya (2) fərqləniblər. Birmingem təmsilçisi hazırda Çempionlar Liqasının ümumi turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью