Şahzadə Uilyam okeanların qorunması üçün təcili tədbirlərin vacibliyini vurğulayıb

10.06.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

London, 10 iyun, AZƏRTAC

Britaniya vəliəhdi Şahzadə Uilyam dünya okeanlarını xilas etmək üçün təcili tədbirlərə ehtiyac olduğunu bildirib.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, o, bəşəriyyətin sağ qalması üçün həyati əhəmiyyət daşıyan ekosistemlərin sürətlə məhv olduğunu və bunun hər kəsi təsir altına alacağını qeyd edib.

Monakoda keçirilən Mavi İqtisadiyyat və Maliyyə Forumu çərçivəsində dövlət və hökumət başçıları qarşısında çıxış edən vəliəhd sağlam okeanların Yer üzündəki həyat üçün əvəzsiz rol oynadığını vurğulayıb. O, okeanların məhv olmasının bəşəriyyət üçün indiyədək görünməmiş miqyasda təhlükə yaratdığını desə də, vəziyyəti dəyişmək üçün hələ vaxtın olduğunu bildirib.

Şahzadə Uilyam həmçinin, əlavə edib ki, zaman sürətlə keçir və planetin qorunması və bərpası üçün cəsarətli addımlar atılmalıdır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью