Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Böyük Britaniya kral ailəsinin üzvləri, Uels şahzadəsi Uilyam və şahzadə Keyt Middltonun Sandrinqem mülkündə yerləşən iqamətgahına qanunsuz daxil olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
Sherg.az xəbər verir ki, hadisə noyabrın 23-də, bazar ertəsi baş verib. Məlumata görə, Kraliça II Elizabetin cütlüyə toy hədiyyəsi olaraq verdiyi “Anmer Hall” iqamətgahına icazəsiz daxil olan iki kişi polis tərəfindən saxlanılıb. Onlar oğurluq şübhəsi ilə dindirilirlər.
Hadisədən sonra polis əməkdaşları xidməti itlər, dronlar və helikopterlərin köməyi ilə ərazidə araşdırmalara başlayıblar.
Bukinhem sarayına yaxın mənbələr şahzadə cütlüyün iqamətgahına şübhəli şəxslərin bu qədər asanlıqla daxil olmasını “dəhşətverici” adlandırıblar.