“Şaiq dünyasına vitraj baxışı” adlı sərgi açılıb

20.11.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 20 noyabr, AZƏRTAC

Abdulla Şaiqin mənzil-muzeyində vitraj rəssamı Ceyran İbrahimova-Hüseynlinin “Şaiq dünyasına vitraj baxışı” adlı sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ülkər Talıbzadə sərginin əhəmiyyətindən bəhs edib. “Gənc rəssamın vitraj əsərlərində yazıçının yaradıcılıq dünyası rənglərin və işığın dili ilə yeni bədii ifadəsini tapıb. Belə sərgilər muzeyin ekspozisiyasına yeni məzmun qazandırır, ədəbi irsin müasir sənət vasitəsilə təbliğinə xidmət edir”,- deyə o əlavə edib.

Rəssam, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sabir Qasımov, sərginin təşkilatçısı muzeyin baş fond mühafizi Günel Əsədova sərginin hazırlanma prosesi barədə məlumat veriblər.

Daha sonra rəssam muzeyin ekspozisiyası olan “Tülkü həccə gedir” kitabının üz qabığından ilhamlanaraq hazırladığı vitraj sənətini muzeyə hədiyyə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью