Saka 7:0 ı şərh etdi: Əyləncəli idi

04.10.2026

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

İngiltərə millisinin futbolçusu Bukayo Saka UEFA Millətlər Liqasının üçüncü turunda Xorvatiyanı 7:0 hesabı ilə məğlub etdikləri oyunu dəyərləndirib.

Fanat.Az xəbər verir ki, görüşdə dubl müəllifi olan ulduz futbolçu ITV-yə belə danışıb: 

“Möhtəşəm axşam idi. Oyunboyu dominant tərəf idik. Matç xüsusi alındı, oynamaq çox əyləncəli idi. Bu gün çox soyuqqanlı davrandıq və bu amil həlledici oldu. 
İngiltərə millisinin heyətində iki qol vurmaq xoş hissdir. Buna görə də çox sevincliyəm. 
Qarşıda hələ üç oyunumuz var. Əminəm ki, Xorvatiya üzərində böyükhesablı qələbə bizə böyük inam qazandıracaq və əldə olunan templi qorumağa kömək edəcək”.

Mirağa

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью