Icma.az, Fanat saytına istinadən bildirir.
İngiltərə Premyer Liqasının 23-cü turunda öz meydanında "Mançester Yunayted"ə 2:3 hesabı ilə uduzan "Arsenal"ın cinah hücumçusu Bukayo Saka oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "topçular"ın rəsmi saytı belə çatdırıb:
"Ən yaxşı oyunumuzu göstərə bilmədik. Bu, üzücü məqamdır. Çox vacib qarşılaşma idi. Ağır məğlubiyyətdir, amma toparlanmalıyıq. Gələn həftə yenidən meydana çıxacaq, uğur qazanmağa çalışacağıq.
Futbolda qol vura da bilərsən, buraxa da... Hər şey sənin buna verdiyin reaksiyadan asılıdır. Əlbəttə, biz 2:0 hesabı ilə qalib gəlmək istəyirdik, lakin alınmadı. Oyunumuzdan razı deyilik".
Nihat