Saka “Real”a xəbərdarlıq etdi

07.04.2025

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bukayo Saka Çempionlar Liqasında “Arsenal”ın “Real”la qarşılaşması öncəsi özünə inamla doludur.

Futbolpress.az xəbər verir ki, “topçular”ın cinah oyunçusu çərşənbə axşamı baş tutacaq qarşılaşmadan əvvəl Karlo Ançelotti və adamlarına xəbərdarlıq edib:

“Son iki ildə Çempionlar Liqasında heç bir ev oyununda məğlub olmamışıq. Əminəm ki, onlar bunu bilirlər. Onlar hazır olmalıdırlar, çünki biz “Emirates”də kifayət qədər yaxşıyıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью