Sakarya su altında qaldı Fotolar

29.09.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin Sakarya vilayətində yağan güclü yağış evlərin, yolların və kənd təsərrüfatı sahələrinin su altında qalması ilə nəticələnib.

“Qafqazinfo” Türkiyə mətbuatına xəbər verir ki, yağış səbəbindən Karasu rayonundakı Darıçayırı Məhəlləsində çay məcrasından çıxıb.

Təbii fəlakətə görə ərazidə evlər, iş yerləri, kənd təsərrüfatı sahələri və dövlət binaları su altında qalıb. Xilasetmə qrupları köməksiz vəziyyətdə qalan vətəndaşları təxliyə ediblər.

Serdivan rayonunda isə torpaq sürüşməsi səbəbindən avtomobil yolunun bir tərəfi çöküb.





Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью