Sakıncalı yayımlanmadan Rusiyaya satıldı

13.10.2025

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

"Gold Film"in istehsalı olan və "Bir Ana andı" adı ilə dünyaya yayılan "Sakıncalı" serialının Venesiyada dəbdəbəli premyerası keçirilib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, tezliklə "NOW"da yayımlanacaq serial üçün 35 ölkədən 52 sənaye nümayəndəsi şəxsi təyyarələrlə Kanndan Venesiyaya aparılıb.

Gəmilərlə tarixi teatra gələn qonaqlar təmtəraqlı ziyafətlə qarşılanıblar.

Serialın baş rol ifaçıları Özge Özpirinççi və Salih Bademcinin də qatıldığı tədbir şam yeməyi ilə başlayıb. 

Gecədə "Sakıncalı"nın ilk bölümündən 25 dəqiqəlik kollaj yayımlanıb.

Serialın süjeti və aktyor oyunu böyük həvəslə qarşılanıb. Serial hələ yayımlanmadan Rusiyaya satılıb. 

Aysel

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью