Sakinlər 5 gündür liftsiz qalıb ŞİKAYƏT

09.12.2024

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Yeni Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 230 saylı evin 5-ci blokunda artıq 4-5 gündür ki, lift işləmir.

Bu barədə Bakupost.az -a müraciət edən sakinlər bildiriblər.

Onların sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etsələr də, heç bir nəticə əldə edilməyib.

"Lift İdarəsinə nə vaxt zəng edirik deyirlər ki, adam yollamışıq, ərazidədir. Amma 5 gündür ki, heç kim gəlmir, liftlə bağlı problem qalmaqda davam edir. Binada yaşlı insanlar, uşaqlar var, çıxıb-düşməkdə əziyyət çəkirlər. Uşaqlar ağır çantalarla yuxarı mərtəbələrə necə çıxsın? Ağır yükləri də qaldırmaq olmur".

Məsələ ilə bağlı Bakı Lift-Təmir İstehsalat Birliyinə müraciət etdik. İdarənin əməkdaşı Günay Abbasova Bakupost.az -a açıqlamasında bildirdi ki, problemlə bağlı onlara məlumat daxil olub:

“Müvafiq tapşırıq verdik, bu gün gedib problemi aradan qaldıracaqlar”.

Lalə, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью