Sakinlər arasında bununla bağlı narazılıq var Sevinc Fətəliyeva

26.11.2024

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

“Hövsanda yeni Suraxanı qəsəbəsində 316 saylı orta məktəbdə şagird sıxlığını nəzərə alaraq əlavə təhsil korpusları, yeni məktəb binalarının tikintisinə ehtiyac var”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Sevinc Fətəliyeva deyib.

O bildirib ki, Hövsan və Yeni Suraxanıda yararsız vəziyyətdə olan uşaq bağçalarının sökülüb yenisi ilə əvəzlənməsi zəruridir:

“Kanalizasiya probleminin mövcudluğu digər məsələlərin vaxtında aradan qaldırılmamasına səbəb olur. Sakinlər arasında bununla bağlı narazılıq var. Sıradan çıxmış su xətlərinin dəyişdirilməsinə baxmayaraq, bir çox ərazidə su problemi həllini tapmayıb”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью