Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir. Bakının Badamdar qəsəbəsində ictimai nəqliyyatla bağlı problem yaşanır.
Sakinlər qəsəbəyə xidmət edən sərnişin avtobuslarının həddindən artıq uzun intervalından və köhnə olmalarından şikayətçidirlər.
Onlar bildiriblər ki, 29, 31 və 53 nömrəli marşrut xətlərində fəaliyyət göstərən avtobusların texniki vəziyyəti qənaətbəxş deyil və reysarası intervallarda ciddi gecikmələr müşahidə olunur.
"Xüsusilə pik saatlarda vəziyyət daha da ağırlaşır. Ən kritik vəziyyət 29 nömrəli marşrut xəttində müşahidə olunur.
Bu avtobusu 40-45 dəqiqə gözləmək məcburiyyətində qalırıq", - deyə şikayətdə qeyd olunur.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.az-a bildirildi ki, sözügedən xətlər üzrə işləyən avtobuslar yenilənəcək.
"Hazırda 29 nömrəli marşrutda hərəkət intervalı yeddi-səkkiz dəqiqə olmaqla on bir, 31 nömrəli marşrutda interval on dəqiqə olmaqla səkkiz, 53 nömrəli marşrutda interval səkkiz-on dəqiqə olmaqla on avtobus fəaliyyət göstərir.
Lakin günün pik saatlarında marşrutların hərəkət sxemi üzrə yaranan sıxlıq avtobuslararası intervalın artmasına səbəb olur.