Sakinlər imdad dilədilər: Ən pis yer yurd buradır, səsimizi çatdırın

10.08.2026

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Sumqayıt şəhəri, "Yaşıl dərə" yaşayış massivinin ikinci məhəlləsində yaşayan sakinlər həyətlərinin qarşısından keçən Acıdərə kanalının üstünün açıq olmasından şikayətlənirlər.

BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.

Sakinlərin sözlərinə görə, problem 20 ildən artıqdır ki, mövcuddur. Xüsusilə yay aylarında kanalın ətrafına yayılan üfunət səbəbindən ərazidə hərəkət etmək çətinləşir.

"Gecələr ağcaqanadın əlindən çölə çıxa bilmirik. Kanalizasiya qoxusu bizi boğur", - sakinlərdən biri bildirib.

"Ən pis yer-yurd buradır. Xahiş edirəm, haraya lazımdırsa, bizim səsimizi çatdırın", - başqa bir sakin qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью