Sakinlər qorxu içində: Səmada peyda olan sirli...

04.12.2024

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Nyu-Cersi ştatının sakinləri uzun müddətdir səmada müşahidə edilən dronlara görə narahatdırlar. Artıq ABŞ Federal Təhqiqat Bürosu bununla bağlı araşdırmalara başlayıb.

News24.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat verib.

Yerli sakinlər bildirirlər ki, sirli dronlar noyabrın ortalarından başlayaraq hər gün peyda olur, özü də sayları günü-gündən artır.

“Bir çoxları bu dronların haradan gəldiyini və kim tərəfindən idarə olunduğunu bilmək istəyirlər”, – deyə telekanalda bildirilib.

Qeyd etmək lazımdır ki, ABŞ-də dronlardan istifadə ciddi şəkildə tənzimlənir. PUA-nı idarə etmək üçün Federal Mülki Aviasiya İdarəsindən (FAA) xüsusi icazə almaq lazımdır.

Polis vəziyyəti izləməyə davam edir, FTB isə hadisənin araşdırılmasına başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью