Sakinlər təşvişdə: Binanın döşəmə və tavanı hər an uça bilər (VİDEO)

02.09.2026

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Çöldə yağan yağış 3-cü mərtəbədən 2-ci mərtəbəyə, ordan da birinci mərtəbəyə damır.

Bu vidoenu sakin özü çəkib. Üç mərtəbəli bina qəzalı vəziyyətdədir.

Tikilinin sakinləri deyirlər ki, binanın yaşayışa yararsız olmasıyla bağlı FHN-nin rəyi var.

Sakinlər deyirlər ki, tikilidə yerimək belə təhlükəlidir. Ayaq basanda hər an döşəmənin çökməyindən qorxurlar.

Bina o qədər köhnədir ki, müvəqqəti təmirin də faydası olmur. Ən böyük qorxuları isə yağan yağışlardır.//Xəzər TV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью