Sakinlərə şad xəbər Köç başlayır

15.10.2026

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Ölkə.az-ın əldə etdiyi məlumata görə, Böyük Qayıdışın növbəti ünvanı Cəbrayıl rayonunun Soltanlı kəndi olacaq.

Oktyabrın 15-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsində Soltanlıya qayıdacaq ailələr arasında evlərin bölgüsübə dair püşkatma keçirilib. Keçmiş məcburi köçkünlər yaxın günlərdə doğma yurdlarına yola salınacaqlar.

Qeyd edək ki, Cəbrayıl rayonunun Soltanlı kəndi 2020-ci il oktyabrın 19-da işğaldan azad edilib. İşğal dövründə kənd tamamilə dağıdıldığı üçün 2023-cü il noyabrın 24-də yeni kəndin təməli qoyulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью