Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Xətai rayonu, M.Hadi küçəsində sakinlərin narazılığına səbəb olan neqativ hal polis əməkdaşları tərəfindən aradan qaldırılıb.
BAKU.WS-in əldə etdiyi məlumata görə, qeyd olunan ərazidə piyadaların hərəkətini çətinləşdirən, qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq tədbirlər görülüb.