Sakinləri narahat edən şlaqbaumlar söküldü Fotolar

20.02.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, Yasamal rayonu, Mətbuat prospekti 18/7, məhəllə 539 ünvanında qoyulan şlaqbaumlar narazılığa səbəb olub.

“Qafqazinfo”nun məlumatına görə, polis və aidiyyəti qurumların əməkdaşları tərəfindən vətəndaşları narahat edən hal aradan qaldırılmaqla şlaqbaumun sökülməsi təmin edilib.

Xatırladaq ki, sakinlər daha əvvəl qeyd etmişdilər ki, şlaqbaumlar 1 hektara yaxın əraziyə giriş-çıxışı qanunsuz olaraq məhdudlaşdırıb.

Bununla yanaşı daha əvvəl də sözügedən pozuntunun aradan qaldırılması üçün FHN tərəfindən qurğunun demontaj edilməsi təmin olunub. 

Qeyd edək ki, məsələ növbəti dəfə “Qafqazinfo”nun şikayəti ictimailəşdirilməsindən sonra nəzarətə götürülüb.




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью