Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ünvanlarının kəsişməsində yerləşən “Pilot Residence” kooperativi ilə sakinləri arasında qalmaqal bitmək bilmir.
Binanın layihə üzrə işlərini tamamlamayan MTK rəhbərliyi hər dəfə qanunsuz əməlləri ilə sakinlərin haqlı şikayətlərinə səbəb olur.
Hazırkı vəziyyət isə daha kəskin xarakter alıb. İllərdir başlarına gələn bəladan xilas ola bilməyən sakinlər bununla bağlı media vasitəsilə
Daha öncə də bildirdiyimiz kimi, Səbail Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi binanın həyətində qanunsuz tikililərin sökülməsi, qanu
Bu da sakinlərin ciddi narazılığı ilə qarşılanıb. Çünki bu addım MTK rəhbərliyinin sakinlərə qarşı əl-qolunu açıb.
Görəsən, Ali Məhkəmə hakimi dəlil olaraq, hansı araşdırmalara əsaslanıb?
Söhbət bundan gedir ki, MTK-nın təsisçisi Babək İsmayılov həyəti bərpa etmək və layihəni sona çatdırmaq bəhanəsi ilə qonşu “Caspian” MTK-nın müvafiq dövlət qurumunda təsdiqi olmayan “layihəsi” çərçivəsində avtomobil dayanacağına yol açmaq üçün təhvil verilən “Pilot Residence” yaşayış kompleksinin binasının 1-ci blokunun yaxınlığında qanunsuz qazıntı işləri aparmaqla yeraltı keçid inşa etmək üçün əlavə giriş düzəltmək istəyir.