Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq. “Viləşçay” tikinti şirkəti ilə sakinlər arasında baş verən narazılıq böyüyür.
Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən yaşayış kompleksinin sakinlərindən olan İslam Mahmudov Qaynarinfo-ya açıqlamasında “Viləşçay” MTK-nın açıq-aşkar özbaşınalıqla məşğul olduğunu bildirib: “Yəni heç bir dövlət qanunlarını tanımır, heç bir qanuna riayət eləmir.
2018-ci ildə bina təhvilə getdiyi halda bu adam yenə də hegomonluq edir.
Burada bir ailə şirkəti yaradıb, sakinlərin müraciətinə və şikayətinə baxmır. Binanı ata malı kimi istifadə edir.
Binanı təhvil verib, pulunu almısan, vəssalam. Bu gün də MTK olaraq binanı idarə edirlər.
Əslində idarə etmirlər, camaatdan pul yığırlar, bundan əlavə, onların heç bir xidməti yoxdur”.
İslam Mahmudov vurğulayıb ki, sözügedən binanın sakinləri MMC yaradıb, binanı özləri idarə etmək istəyir: “Biz 4-5 aydır ki, bu MMC-ni yaratmaq üçün vuruşuruq.
Kim sənəd verirsə, MTK ona bir ziyan vurur, gah işığın kəsir, gah qiymətləri qaldırır, əlindən gələn hər pisliyi edir ki, bu MMC yaranmasın.