Sakinlərin NƏZƏRİNƏ: 3000 abonent qazsız qalacaq

17.01.2026

Dogru.az saytına istinadən Icma.az xəbər verir.

Tovuz rayonunun bəzi kəndlərində qaz təchizatında fasilələr yaranacaq.

Bu barədə Şəmkir Regional Qaz İstismar İdarəsi (RQİİ) məlumat yayıb.

“Şəmkir RQİİ-nin Tovuz Xidmət Sahəsində Tovuz AQPS-nin “Tovuz Əhali” ölçü qovşağından qidalanan Aşağı Öysüzlü kəndi ərazisində PE – 250 mm-lik ortatəzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar olaraq həmin qaz xəttindən qidalanan Əlibəyli, Hacallı, Yuxarı Mülkülü, Aşağı Öysüzlü, Yuxarı Öysüzlü kəndlərinin qaz təminatı yanvarın 19-da, saat 10:00-dan işlər başa çatanadək (təqribən 3 000 abonent) daxildən dayandırılacaq”, – məlumatda qeyd olunub.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью